YAP-ın namizədi Kamilə Əliyevanın seçicilərlə görüşləri davam edir

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Deputatlığa namizəd Kamilə Əliyevanın növbəti görüşü Zaqatala şəhərinin ziyalıları ilə keçirilib. Görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir və dərin məzmunlu islahatlar reallaşır. Dövlət proqramlarına uyğun olaraq, respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir.

H.Qurbanov çıxışının sonunda seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva səs verməyə çağırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Kamilə Əliyeva ölkəmizdə dərin və hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdıraraq, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları və üzləşdiyi problemlərin həlli dayandığını bildirib: "Ölkə Prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində, Azərbaycan regionda və eləcə də, dünyada sabitlik və təhlükəsizlik adasına çevrilib. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri göz önündədir".

Kamilə Əliyeva çıxışının sonunda YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı və ona göstərilən yüksək etimadı doğruldacağına söz verdi.

Seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət etdiyini bildiriblər. Seçicilər Kamilə Əliyevanı sona qədər dəstəkləyəcəklərini və partiyanın namizədinə səs verəcəklərini vurğulayıblar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə