Parlamentə seçkilər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər planı hazırlanıb -AÇIQLAMA
“Milli Məclisə keçiriləcək seçkilər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyidə xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilib”. SİA-nın məlumatına görə bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.
Ə.Baqişev bildirib ki, bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. “Maarifləndirmə tədbirləri çərçivəsində Gəncədə, Şirvanda, Şəkidə ərazi Polis orqanlarının və Dairə seçki məntəqələrinin sədrləri ilə zonalar üzrə müşavirlər keçirilib və bu gün bu tədbirlərin davamı olaraq Bakı Şəhər Baş Polis İdarəsində ərazi Polis qurumlarının əməkdaşlarını, Dairə Seçki Komissiyalarının sədrlərinin iştirakı ilə növbəti müşavirə keçirilir. Bu müşavirənin əsas məqsədi təbliğat-təşviqat kompaniyası dövründə seçki günü və eləcə də seçkidən sonrakı proseslərdə polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların ərazi polis orqanlarının, Dairə seçki məntəqələri ilə qarşılıqlı əlaqələrinin təşkil ediləsindən ibarətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB