Deputatlığa namizəd Nizami Cəfərovun seçicilərlə görüşləri davam edir
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Cəfərov Ağstafa rayonu Sadıqlı, Muğanlı və Böyük Kəsik kəndlərinin seçicilərlə görüş keçirib.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Nizami Cəfərov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah halı, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Yenidən millət vəkili seçiləcəyi təqdirdə, rayon ərazisində görüləcək işlər haqqında məlumat verən deputatlığa namizəd daha güclü Azərbaycan naminə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral - seçki günü fəal olmağa dəvət edib.
Öz növbəsində, seçicilər qarşıdan gələn parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB