Cəlilabadlıların seçimi Malik Həsənovdur - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Həsənovun təbliğat kampaniyası çərçivəsində rayonun seçiciləri ilə görüşlər keçirib.

Keçirilən görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, YAP seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə gedir: "Hər dəfə keçirilən seçkilərə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".

M.Mirxaslı, həmçinin, son illər həyata keçirilən iqtisadi inqilabi islahatlardan danışaraq, Azərbaycanın uğurlu və inkişaf etmiş dövlətlər sırasında olmasının fərəh doğuran nailiyyətlər olduğunu bildirib və cəlilabadlıları, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləyib.

Namizədin vəkili Cahangir Muradov Malik Əvəz oğlu Həsənovun həyat və fəaliyyəti haqqında seçicilərə məlumat verərək, namizədin seçki platformasını təfərrüatı ilə şərh edərək, seçiciləri YAP-ın irəli sürdüyü namizədə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülmüş Malik Əvəz oğlu Həsənova böyük ümid bəslədiklərini, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində onu dəstəkləyəcəklərini bildiriblər. Görüşdə deputatlığa namizəd Malik Həsənov çıxış edən rayonun seçiciləri ilə görüşlərdən məmnun olduğunu bildirib. Qeyd edib ki, ölkənin hər bir sahəsində baş verən uğurlar Cəlilabada da öz təzahürlərini tapır. Namizəd, onu da vurğulayıb ki, bütün seçkilərdə Cəlilabad ictimaiyyəti ölkədə həyata keçirilən mütərəqqi ideyalara hər zaman dəstək verib və bu seçkidə də bu fəallığı nümayiş etdirəcəklərinə əmin olduğunu söyləyib.

Malik Həsənov YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən də ətraflı danışaraq, bildirib ki, Yeni Azərbaycan Partiyası vəd vermir, real iş görür: "Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub. Bu baxımdan da, əgər millət vəkili seçilərəmsə, öz səlahiyyətim çərçivəsində qarşıya çıxan problemlərin həll olunmasına çalışacağam".

Sonda Malik Həsənov cəlilabadlıları fevralın 9-da keçiriləcək seçkilərdə daha aktiv olmağa və ona səs verməyə çağırıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə