Seçicilər "Daha güclü Azərbaycan naminə" Məlahət İbrahimqızına səs verəcəklər
Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar - 23b ünvanında və rayonun 2-ci mikrorayon, H.Seyidzadə - 27 ünvanında Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə namizədi Məlahət İbrahimqızının seçicilərlə növbəti görüşləri keçirilib.
Görüşlərdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı böyük islahatlardan danışıb. Görüş zamanı sakinlər ölkədə gedən islahatları yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda, onların problemləri, şikayət və təklifləri dinlənilib və həlli istiqamətində yerindəcə addımlar atılıb.
Deputatlığa namizəd Məlahət İbrahimqızı bildirib ki, bugünədək görüşlərdə qaldırılan problemləri təhlil edir, həlli mümkün olan problemləri operativ qaydada həll etməyə çalışır.
Görüşün yekununda Məlahət İbrahimqızı seçiciləri "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB