Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun rayon seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, YAP seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə gedir. Azərbaycanda növbəti parlament seçkilərinin şəffaf və demokrattik keçiriləcəyini vurğulayan S.Əliyev bildirib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb.
Deputatlığa namizəd Məşhur Məmmədov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. Namizəd, xüsusi olaraq, vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: "Ona görə də, bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün qərar və addımlarını öz iradəsi ilə dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır. Beləliklə də, xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir".
Görüşdə çıxış edən seçicilərdən Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədi Məşhur Məmmədova dəstək olacaqlarını vurğulayıblar.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB