Abşeron seçiciləri Oqtay Əsədova səs verəcək

Yeni Azərbaycan Partiyasının 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi Oqtay Əsədovun seçiciləri ilə görüşü böyük coşqu və fəallıqla keçirilir. 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Oqtay Sabir oğlu Əsədovun vəkilləri məhəllə əraziləri üzrə seçicilərlə növbəti görüşlər keçirib.

Deputatlığa namizədin vəkilləri Oqtay Əsədovun xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyətindən danışıb, seçiciləri 9 fevralda fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədova səs verməyə çağırıblar. Görüşlərdə çıxış edən seçicilər ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədi olan Oqtay Əsədova səs verəcəklərini bildiriblər.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə