Seçiciləri deputatlığa namizəd Kamilə Əliyevanı dəstəkləyəcəklər

Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü uğurla davam edir. Deputatlığa namizəd Kamilə Əliyevanın növbəti görüşü Balakənin Püştətala kənd sakinləri ilə keçirilib.

Namizəd Kamilə Əliyeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən, bu siyasət nəticəsində, dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyması haqqında seçiciləri məlumatlandırıb: "Aparılan uğurlu islahatlar nəticəsində, dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. İslahatlar ölkə vətəndaşının sosial durumunu xeyli dərəcədə yüksəldib və rayonlarda müasir infrastrukturlar yaradılıb. Təbii ki, bütün bunlara görə Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha geniş vüsət alacaq".

Kamilə Əliyeva, eyni zamanda, seçki platforması haqqında, deputat olduğu dönəmdə göstərdiyi fəaliyyəti barədə seçicilərin diqqətinə çatdırıb. Daha sonra Kamilə xanım seçiciləri "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədinə səs verməyə dəvət edib.

Sonda seçicilər çıxışları zamanı öz razılıqlarını bildirərək, partiyanın namizədi Kamilə Əliyevanı dəstəkləyəcəklərini və seçimlərinin, birmənalı olaraq, onun üzərində edəcəklərini vurğulayıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə