Ağstafalılar Nizami Cəfərova səs verəcəklər

Dünən 9 fevralda keçiriləcək parlament seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Nizami Cəfərovun Ağstafa rayonun Köçvəlili kəndində, Saloğlu və Qarayazı qəsəbələrində seçicilər ilə görüşü keçirilib.

Seçicilərlə görüşdə Nizami Cəfərov ölkəmizin ictimai siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Seçiciləcəyi təqdirdə rayon ərazisində görüləcək işlər haqqında məlumat verən YAP namizədi daha güclü Azərbaycan naminə hər kəsi ölkə başçısı Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa dəvət edib.

Sakinlər qarşıdan gələn parlament seçkilərində Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə