Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir

Fevralın 9-da keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü uğurla davam edir. Namizədin növbəti görüşü M.Ə.Rəsulzadə qəsəbəsinin Abdınbəyov və Xutor yaşayış massivinin S.Bəhlulzadə küçələrinin bir qrup sakini ilə baş tutub.

Görüş zamanı seçicilər yaşadıqları ərazilərin problemlərini həll etmək üçün deputatlığa namizəddən kömək göstərməyi xahiş etmişlər.

Deputatlığa namizəd Kamaləddin Qafarov bu arzu və istəklərinə qanuna müvafiq qaydada yanaşacağını və onları nəzarətdə saxlayacağını bildirmişdir. YAP-ın namizədi "Daha güclü Azərbaycan naminə!" şüarı ilə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral - seçki günü fəal olmağa dəvət edib.

Yüksək əhvali-ruhiyyədə keçən görüşdə seçicilər də, öz növbələrində, Kamaləddin Qafarovu tam əmin ediblər ki, əvvəlki seçkilərdə olduğu kimi, builki parlament seçkisində də müstəqil Azərbaycan dövlətinin inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının namizədini qətiyyətlə dəstəkləyəcəklər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə