Deputatlığa namizəd Aqil Məmmədovun seçicilərlə görüşləri davam edir

Fevralın 9-da Azərbaycanda növbəti parlament seçkilərinə namizədliyi verilən namizədlərin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə davam etməkdədir. 123 saylı Kəlbəcər seçki dairəsi Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Aqil Sadiq oğlu Məmmədov Tərtər və Bərdə rayonlarında olan Kəlbəcərli seçicilərlə növbəti görüşləri keçirilib.

Görüşdə çıxış edən Aqil Məmmədov ölkə başçısı tərəfindən yürüdülən uğurlu siyasətdən, bütün sahələri əhatə edən kompleks islahatlardan və insanların rifah halının yaxşılaşdırılmasından söz açıb. YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatıldığını bildirən Aqil Məmmədov seçicilərin ona etimad göstərərlərsə, gələcəkdə onları və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verib. O, həmçinin platforması barədəd də məlumat verib.

Görüşdə iştirak edən kənd sakinləri, ziyalılar və ağsaqqallar

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqil Məmmədova yekdilliklə səs verəcəklərini bildiriblər.

Daha sonra deputatlığa namizəd Aqil Məmmədov Bərdədə məskunlaşan kəlbəcərlilərlə görüş keçirib. YAP-nın namizədi ölkəmizdə bütün sahələr üzrə əldə edilmiş uğurlardan, tətbiq edilən yeniliklərdən söz açıb. Aqil Məmmədov bu siyasətin davamı üçün hər kəsin Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Seçicilər 9 fevralda keçiriləcək parlament seçkilərində yüksək fəallıqla iştirak edəcəkləriniə söz veriblər. Bildiriblər ki, YAP-nını namizədlərinə səs verməklə bu günkü inkişafa, bu inkişafın davamlılığına səs vermiş olacaqlar. Hamının 9 fevral parlament seçkisində birlik nümayiş etdirməyə səsləyiblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə