Hazırda parlament seçkilərində 1345 namizəd mübarzə aparır -AÇIQLAMA

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1345 namizəd mübarizə aparır. SİA-nın məlumatna görə, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb. M.Pənahov əlavə edib ki, namizədlərin 23 faizini qadınlar, 77 faizini isə kişilər təşkil edir. MSK sədri vurğulayıb ki, 300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə