Sadiq Qurbanovun sakinlərlə görüşləri davam edir

9 fevral parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şabranda da Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülən Sadiq Haqverdi oğlu Qurbanov rayonunun Qorğan, İzmara, Düz-Bilici, Çinarlar, Zağlı və Xəlifəlilər kəndlərində sakinlərlə görüş keçirib.

Görüşdə YAP Şabran rayon tşkilatının sədri Mehdi Balabəyov çıxış edərək seçicilərə deputatlığa namizəd Sadiq Qurbanovun fəaliyyəti barədə ətraflı məlumat verib və seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla gerçəkləşdirildiyini vurğulayıb. Rayon təşkilatının sədri seçiciləri YAP tərəfindən namizədliyi irəli sürülən Sadiq Qurbanova səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclis deputatlığına namizəd Sadiq Qurbanov seçkidə namizədi olduğu partiyanın amalının "Daha güclü Azərbaycan naminə!" şüarı ilə Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük və inamlı qələbə qazanacağına əmin olduğunu bildirib. S.Qurbanov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə dolğun və ətraflı məlumat verib. Milli Məclis üzvlüyünə namizəd S.Qurbanov millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını layiqincə doğrultmağa çalışacaq və seçiciləri YAP-nın namizədlərinə səs verməyə çağırıb.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...