Malik Həsənovun seçicilərlə görüşləri davam edir

Bu gün 9 fevral parlament seçkiləri ilə bağlı Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizədi Malik Həsənovun rayonun Astanlı, Zopun, Kürdlər və Sərhədabad kəndlərinin seçiciləri ilə görüşləri keçirilib. Keçirilən görüşlərdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Milli Məclisə seçkilərlə bağlı məlumat verərək bildiribdir ki, seçkilərə hazırlıq Cəlilabad rayonunda yüksək səviyyədə həyata keçirilir, seçki qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası nəzərədə tutulmuş plan üzrə mütəşəkklliklə aparılır, Yeni Azərbaycan Partiyasının seçki proqramı əhaliyə müfəssəl şəkildə çatdırılır və partiyanın deputatlığa namizədlərinin platformaları seçicilərə ətraflı izah olunur.

M.Mirxaslı, həmçinin, partiyanın 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Malik Əvəz oğlu Həsənovla bağlı seçicilərə ətraflı məlumat verərək, onun ötən illərdəki deputat fəaliyyətinin əsas yekunlarını görüş iştirakçılarına çatdırıb. Həmçinin, seçiciləri YAP-nın namizədi Malik həsənova səs verməyə çağırıbdır.

Seçicilər də çıxış edərək seçkilərdə fəal iştirak edəcəklərini, birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Deputatlığa namizəd Malik Həsənov seçicilər qarşısındakı çıxışında bildirib ki, Milli Məclisə keçirilən seçkilərdə mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi qürur duyucudur: "Bu etimad mənim üçün olduqca fərəhli və ikiqat məsuliiyəli bir sınaqdır. Əmin ola bilərsiniz ki, məni yenidən Milli Məclisin deputatı seçsəniz, hər birinizin problemini öz şəxsi vətəndaş problemim kimi qəbul edəcək, hər bir seçiciyə fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacağam".

Qarşıdakı illərdə fəaliyyətini YAP-ın seçki proqramına uyğun olaraq quracağını bildirən Malik Həsənov seçicilərini əmin etdi ki, gələcək dövr üçün nəzərdə tutulmuş iqtisadi inkişaf proqramlarının reallaşdırılması nəticəsinə ölkəmizin qüdrəti daha da artacaq, iqtisadi fəaliyyətə və sahibkarlığa hərtərəfli dəstək veriləcək, yenə də xalqın mənafeyi və milli maraqları əsas tutulacaqdır.

Sonda seçiciləri 9 fevralda keçiriləcək parlament seçkilərində böyük fəaalıq nümayiş etdirməyə, partiyanın namizədlərinə səs verməyə çağırdı.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə