Deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayonunun Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçəsinin kəsişdiyi ərazidə yaşayan seçicilərlə görüşüb. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən T.Tağıyev partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. “Mən qürur duyuram ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədiyəm”, - deyə Hikmət Babaoğlu vurğulayıb. YAP-ın fəaliyyətində varislik prinsipinə böyük önəm verdiyini deyən deputatlığa namizəd partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. O, bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Hikmət Babaoğlu həmçinin seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib. O qeyd edib ki, millət vəkili kimi fəaliyyəti ərzində vətəndaşlar tərəfindən ünvanımıza 118 şifahi və 97 yazılı müraciət daxil olub. Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib. “Seçki bir demokratiya yarışıdır. Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq, yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 9 fevral seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə yenə də sizin layiqli təmsilçiniz olacağam”. Sonra çıxış edən filalogiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, YAP-ın namizədlərinin qələbəsinə inandığını deyib: “İnanırıq ki, Nərimanov seçiciləri bu seçkilərdə də partiyamızın namizədinə səs verəcəklər. Çünki YAP hər zaman xalqın maraqlarından çıxış edir. Eyni zamanda, Hikmət Babaoğlu millət vəkili kimi parlamentdə seçicilərini layiqincə təmsil edib.

İnanırıq ki, yenə də belə olacaq”. Deputatlığa namizəd Hikmət Babaoğlunun ziyalı keyfiyyətləri haqqında fikirlərini bildirən C.Allahverdiyev seçiciləri məhz YAP-ın namizədinə səs verməyə səsləyib. 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olmuş Pərviz Səmədov da YAP-ın namizədi olaraq Hikmət Babaoğlunun fəaliyyətini yüksək qiymətləndirib, məhz bu səbəbdən də deputatlığa namizədliyini Hikmət Babaoğlunun xeyrinə geri götürdüyünü söyləyib. O, seçicləri 9 fevral parlament seçkilərində Hikmət Babaoğluna səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər də millət vəkili Hikmət Babaoğlunun fəaliyyətindən razı qaldıqlarını, qarşıdan gələn seçkilərdə də məhz ona səs verəcəklərini söyləyiblər. Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların arzu və təkliflərini dinləyib. Nardar BAYRAMLI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...