Rauf Əliyev Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirib

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahı qəsəbəsində gənclərlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, İdarə Heyətinin üzvləri Əli Kərimov və Elxan Məmmədov, partiya fəalı İsgəndər Vəliyev ölkəmizin və regionun ən güclü siyasi partiyası olan YAP - ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin - amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğuladılar.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxış edərək, respublikamızda dövlət gənclər siyasətinin və ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi.

13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyini geri götürmüş Pirallahı rayon rus icmasının sədri Yelena Aşurova çıxış edərək seçiciləri Rauf Asif oğlu Əliyevə səs verməyə dəvət etdi.

Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai - siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III, IV, V çağırış Milli Məclisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan etdilər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahı rayonunda aparılan abadlıq - quruculuq işlərində gənclərin xüsusi rolu olduğunu vurğuladı.

Tədbir iştirakçılarından Tahirə Babayeva və Zöhrab Hüseynov mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş etdilər.

Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...