Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"

“Seçkilər bütün cəmiyyətlərin inkişafında mühüm rola malikdir. Azərbaycan xalqına fevralın 9-da keçiriləcək parlament seçkilərində uğurlar arzulayıram. İnanıram ki, parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək”. Bunu secki-2020.az saytına açıqlamasında teatr və kino rejissoru, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Yuli Qusman bildirib.

“Əminəm ki, seçkilər ən yüksək səviyyədə və demokratik prinsiplər əsasında keçiriləcək” – deyə Y.Qusman vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...