"Ümid edirəm ki, yeni formalaşacaq parlament Azərbaycanın inkişafına töhfə verəcək"

“Azərbaycanda formalaşacaq parlamentdən islahatların həyata keçirilməsində və qarşıda duran vəzifələrin icrasında daha keyfiyyətli dəyişikliklər gözləyirəm”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru, tanınmış hüquqşünas Aurelia Qriqoriu deyib.

Onun sözlərinə görə, istənilən dövlətin inkişafında qanunverici orqanın keyfiyyətinin mühüm əhəmiyyəti var.

“Azərbaycan Prezidentinin fəaliyyəti çox perspektivlidir və necə deyərlər, zamanı qabaqlayır. Bu mənada parlamentin də fəaliyyəti ölkənin qarşısında duran vəzifələrə uyğun olmalıdır”, - deyə o vurğulayıb.

Aurelia Qriqoriu yeni formalaşacaq parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək mütərəqqi və yaradıcı insanların yer alacağına ümid etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...