Seçicilərin YAP-ın namizədi Ağalar Vəliyevə dəstəyi birmənalıdır! FOTOLAR

YAP Goranboy rayon təşkilatı fevralın 9-da keçiriləcək parlament seçkiləri çərçivəsində partiyanın namizədi Ağalar Vəliyevin təşviqat lampaniyasını uğurla davam etdirir. SİA-ya daxil olan məlumata görə, yanvarın 23-də 97 saylı Goranboy –Ağdam- Tərtər seçki Dairəsinin əhatə etdiyi Safıkürd və Tatarlı kəndlərində Ağalar Vəliyevin seçicilərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində misilsiz xidmətlərini və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin müəllifliyi ilə son 16 il ərzində qazanılan və müasir dünya tərəfindən qəbul olunan uğurlarından danışıb, dövlət başçısının Goranboy rayonuna 6 dəfə səfərindən, rayonun inkişafına dair verdiyi Fərman və sərəncamları barədə ətraflı məlumat verib.

Elçin İsmayılov bildirib ki, 2015- 2019- cu ilə kimi Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində millət vəkili kimi fəaliyyət göstərib, bu müddət ərzində mütəmadi olaraq seçiciləri ilə səmərələri və işgüzar görüşlər keçirib, xalqın deputatı kimi Ağalar Vəliyev seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində əməli işlər görüb, seçicilərin qayğısına qalıb.

Təbliğat qrupunun üzvü Nofəl Köçərli isə öz növbəsində bildirib ki ötən müddət ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub. Belə ki, Ağalar Vəliyev nəinki Goranboy rayonunda, eləcədə münaqişə zonasında yerləşən Ağdam və Tərtər rayonunun seçicilərinin qaldırdıqları problemlərin həlli istiqamətində də əməli işlər görüb, diqqət və qayğısını əsirgəməyib, daima seçicilərlə yüksək səviyyədə işgüzar görüşlər keçirib.

Görüşdə iştirak edən Safıkürd kənd ağsaqqalı Bəkir Hüseyinov Firəddin Yusifov, şəhid atası Allahverdi Nəsibov şəhid ailəsinin üzvü Muxtar Nəbiyev, əməkdar müəllim Etibar Rüstəmov, Tatarlı kənd sakini milli qəhrəman anası Gülzar Ocaqverdiyeva, Qarabağ əlili Qabil Rzayev çıxış edərək, ərazidəki həlli vacib olan problemlərdən danışıblar. Onlar Ağalar Vəliyevin yenidən Milli Məclisin üzvü seçilməsi üçün 9 fevralda keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə YAP tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd kimi irəli sürülən Ağalar Vəliyev seçicilər qarşısındakı çıxışında qeyd edib ki, Milli Məclisə seçkilərdə seçiciləri tərəfindən ona etimadın göstəriləcəyi təqdirdə deputat kimi fəaliyyətini daha da gücləndirəcək və hər zaman seçicilərinin səsinə-səs verəcək: “Sizlərin hər birinizi əmin edirəm ki, YAP-ın “Daha güclü Azərbayacan naminə!” seçki proqramını rəhbər tutaraq, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin və köklü islahatların dəstəklənməsinə xalqımızın və seçicilərimizin iradəsinə və maraqlarına uyğun qanunların qəbul olunmasına qanunvericilik nümayəndəlik və təmsilçilik funksiyalarının layiqincə icra edilməsinə çalışacağam. Eyni zamanda, partiyamızın seçki proqramına uyğun olaraq, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətimizin qüdrətinin yüksəlməsi iqtisadi inkişaf, sosial rifah və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artması istiqamətində səylərimi əsirgəməyəcəyəm”.

Ağalar Vəliyevin seçicilərlə görüşü müzakirələr və diskusiyalarla başa çatıb. Seçicilər bir daha YAP-ın namizədi Ağalar Vəliyevə səs verəcəklərini, onu dəstəkləyəcəklərini vurğulayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə