Daşkəsənlilər YAP-ın namizədlərinə səs verəcəklər

Bu gün 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramov seçicilərlə növbəti görüşünü keçirib. Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən natiqlər bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər, birmənalı şəkildə, 9 fevral 2020-ci ildə seçki mənqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

YAP-ın namizədi Kamran Bayramov Daşkəsən şəhərində, Bayan və Quşçu kəndlərində də seçicilərlə görüşləri davam edib. Görüşdə seçicilər 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərini və yekdilliklə YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə