Elnur Allahverdiyev seçicilərlə görüş keçirib

Bu gün 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yasamal rayonu seçiciləri ilə növbəti görüşü keçirildi.

Görüşü giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun nəticəsi olaraq, əldə olunan nailiyyətlərə nəzər saldı. Rayon təşkilatı sədri qeyd etdi ki, Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq, bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur. T.Əhmədov daha sonra deputatlığa namizəd Elnur Allahverdiyev haqqında seçicilərə məlumat verdi.

Seçicilər qarşısında çıxış edən Elnur Allahverdiyev YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı.

Görüşdə çıxış edənlər Elnur Allahverdiyevin yüksək keyfiyyətlərə malik, savadlı, intellektli bir şəxs olduğunu və bu seçimin Yeni Azərbaycan Partiyası tərəfindən çox düzgün qərar olduğunu qeyd ediblər.

Görüşdə çıxış seçicilər seçki günü Azərbaycanı sabitlik adasına çevirən ölkə Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi Elnur Allahverdiyevə səs verəcəklərini bildirdilər.

Sonda Elnur Allahverdiyev seçiciləri maraqlandıran suallara ətraflı cavab verdi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə