YAP-ın deputatlığa namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 29 saylı Səbail Seçki Dairəsindən irəli sürülən Aytən Arif qızı Hüseynova təbliğat-təşviqat kampaniyası çərçivəsində Bibiheybət qəsəbəsi sakinləri ilə görüşüb.

Görüşlər zamanı YAP-ın deputatlığa namizədi Aytən Hüseynova 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, ictimai-siyasi fəaliyyəti, eləcə də, Milli Məclisə üzv seçilərsə görəcəyi işlər, qəsəbə üçün reallaşdırmağı düşündüyü inkişaf proqramı haqqında seçicilərə geniş məlumat verdi, sakinlərin qayğıları və problemləri ilə maraqlandı.

Seçicilər YAP-ın Sədri, ölkə başçısı İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan, ölkənin hər yerində olduğu kimi, Səbailin də abadlaşmasından və insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildiriblər.

YAP-ın deputatlığa namizədi seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və "Daha güclü Azərbaycan naminə!" YAP-ın rifah siyasəti kursuna səs verməyə dəvət etdi.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...