Ziyafət Əsgərovun Astara seçiciləri ilə görüşü davam edir

Fevralın 9-da keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Astara Seçki Dairəsi üzrə namizədliyi irəli sürülən Ziyafət Əsgərov Astara rayonunun Şahağacı kəndində seçicilərlə görüşünü keçirib.

Deputatlığa namizəd Ziyafət Əsgərov növbəti illər üçün Milli Məclisə üzv seçilərsə, görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağından danışıb. Millət vəkili olmağın şərəfli bir iş olduğunu qeyd edən Z.Əsgərov seçicilərin etimadını qazanacağı halda, xalqın qayğıları ilə yaşayıb, insanların fikirlərini və təkliflərini Milli Məclisin tribunasından səsləndirəcəyini bildirib: "Bu səbəbdən də, çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim".

O, Yeni Azərbaycan Partiyasının Seçki Platforması və öz fəaliyyəti barəsində məlumat verərək, qeyd edib ki, Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır".

Z.Əsgərov sonda seçiciləri fevralın 9-da fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.

RƏFİQƏ HÜSEYNOV

Bütün xəbərlər Facebook səhifəmizdə