Deputatlığa namizədi Ceyhun Məmmədov köçkünlərlə görüşdü

9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Xəzər rayonu Şüvəlan qəsəbəsi Spartak düşərgəsində Cəbrayıldan olan məcburi köçkünlərlə həyətlərdə söhbətlər aparıb, seçki platforması barədə onları məlumatlandırıb .

Daha sonra YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, hüquqşünas Hamlet Məmmədov Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və seçicilərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib. A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb.

Ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ceyhun Məmmədov səhiyyənin daha əlçatan olması, təhsilin səviyyəsinin yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün səy göstərəcəyini, onların evlə təmin olunmaları istiqamətində addımlar atacağını qeyd edib.

Ceyhun Məmmədov, həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb.

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, hüquqşünas Hamlet Məmmədov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.

Görüşdən sonra Ceyhun Məmmədov məhlələlərdə seçicilərlə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.ax

Bütün xəbərlər Facebook səhifəmizdə