Ağdaşlılar Cavid Osmanova səs verəcəklər

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 90 saylı Ağdaş Seçki Dairəsindən namizədi Cavid Osmanovun seçiciləri ilə keçirdiyi növbəti görüşləri rayonun Qolqəti və Korarx kəndlərində oldu.

Görüşlər giriş sözü ilə açan deputatlığa namizəd Cavid Osmanov onu yüksək qonaqpərvərlik və gülər üzlə qarşıladıqları, həmçinin, ona qarşı yekdil dəstək nümayiş etdirdikləri üçün seçicilərinə öz təşəkkürünü bildirdi. O, 3 il ərzində Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Son 16 il ərzində ölkədə görülən işlərdən, həyata keçirilən uğurlu siyasətdən söz açan Cavid Osmanov bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq, Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı, ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Çıxışı zamanı son illərdə Ağdaş rayonunun sürətlə inkişaf etməsinə və bu inkişafın səbəbinin Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin olmasına toxunan Cavid Osmanov ağdaşlıların, məhz bunun üçün də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiklərini qeyd etdi. Cavid Osmanov vurğuladı ki, keçirilən bütün görüşlərdə seçicilərin ona yekdilliklə dəstək olmaları da ağdaşlıların dövlətə-dövlətçiliyə, Yeni Azərbaycan Partiyasına olan sədaqətindən irəli gəlir. Çıxışının sonunda Cavid Osmanov göstərdikləri dəstəyə və etimada görə öz seçicilərinə dərin minnətdarlığını bildirdi.

Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva, Vaqif Hacıyev, İsmayıl Xudiyev 9 fevral tarixində keçiriləcək parlament seçkiləri haqqında məlumat verdilər, Cavid Osmanovun V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətinə nəzər saldılar və görmüş olduğu işlərdən danışdılar, seçiciləri fevral ayının 9-da seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasın namizədi Cavid Osmanova səs verməyə çağırdılar.

Qolqəti kənd seçiciləri Məmmədismayıl İsmayılov, Gülçöhrə İsmayılova və Zülfəli Zeynalov, Korarx və Cüvə kənd sakinləri Rəfail Məhyəddinov, İsrafil Xəlilov bildirdilər ki, onlar öz seçimlərini ilk gündən ediblər, səslərini yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova verəcəklər. və fevral ayının 9-u günü, bu seçimlərini rəsmi olaraq təsdiqləyəcək, seçki günü hamılıqla seçki məntəqəsinə gedərək, Cavid Osmanova səs versinlər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə