Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Yanvarın 23-də Kamilə Əliyeva Zaqatala rayonunda bir neçə kənddə seçicilərlə görüşüb. Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonun Yolayrıc və Höytala kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonun Danaçı kənd sakinləri ilə fərdi görüşləri təşkil olunub. Görüşlərdə, ümumilikdə, 200-ə yaxın seçici iştirak etmişdir.

Görüşlərdə rayon təşkilatı sədri Habil Qurbanov çıxış edərək, deputatlığa namizəd Kamilə Əliyevanın bundan əvvəlki iki çağırış millət vəkili kimi gördüyü işlərdən, fəaliyyətindən bəhs edərək sakinləri seçkilərdə aktiv iştirak etməyə və layiqli namizədə səs verməyə səsləyib.

Daha sonra çıxış edən Kamilə Əliyeva son 16 il ərzində ölkədə görülən işlərdən və həyata keçirilən uğurlu siyasətdən söz açıb. Ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin uğurla icra edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra görüş diskussiya şəklində davam etdirilmişdir. Sakinlər tərəfindən səsləndirilən təklif və problemlər dinlənilərək, qeydə alınmışdır. Kamilə xanım bu görüşdə insanların, ümumilikdə və fərdi şəkildə etdiyi müraciətlərə diqqətlə qulaq asaraq, aidiyyatı üzrə baxılması üçün qeydlərini götürmüşdür.

Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə