Mahir Abbazadə yüzlərlə laçınlı məcburi köçkünlə görüşdü: "Vədimizə sadiqik..."

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində məskunlaşmış seçiciləri ilə görüş keçirib.

Deputatlığa namizəd ona göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və Birinci Vitse-Prezident, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi Laçın əhalisinin problemlərinin həllinə çalışacağını, parlamentin işində fəal iştirak edəcəyini deyib. Ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirən Mahir Abbaszadə, gənclərin dövlət başçısının ətrafında sıx birləşdiyini və onun gördüyü işləri dəstəklədiyini vurğulayıb.

Görüş zamanı 400-ə yaxın məcburi köçkünün problemlərini dinləyən Mahir Abbaszadə qeyd edib ki, onların qayğılarının hamısına yaxından bələddir və seçiləcəyi təqdirdə, hər bir ailənin müraciətinin müsbət həlli üçün müvafiq addımlar atacaq.

Görüşdə çıxış edən Laçın rayon ağsaqqalları Mahir Abbaszadəyə uğurlar arzulayıb. Tədbir iştirakçıları 9 fevral seçkilərində Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.

Xatırladaq ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstəri

Bütün xəbərlər Facebook səhifəmizdə