Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir FOTOLAR

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, bu gün B.Əliyev Bakıda məskunlaşmış Ağdamdan olan məcburi köçkün ailələri ilə görüş keçirib. Görüş səmimi və diskussiya şəraitində keçib və ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlər haqqında danşıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daim doğma ağdamlılarla bir yerdə olacaq, onların qaldırdığı məsələlərə diqqətlə yanaşacaq.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində, Dərnəgül qəsəbəsində, Suraxanı rayonunda məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...