MSK sədri partiyalara müraciət edib

"Seçki Məcəlləsinə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq". SİA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri həmçinin çıxışında siyasi partiyalara da xəbərdarlıq edib: "Bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb. Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...