MSK deputatlığa namizədə xəbərdarlıq edib

"MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Qeyd edib ki, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymətləndirilən hərəkətləri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının sədr müavini bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: "Tural Zeynalovun qanunu pozması, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolv özü də sosial şəbəkədə profilində belə fotolar paylaşıb. İstədim məlumat verim ki, belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır".

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə