Parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiya olunub -AÇIQLAMA

Hazırda olan məlumata görə, Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiya olunub. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. R.Qasımov bildirib ki, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər: "Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akreditasiyası həmin günə qədər davam edəcək və bu günlərdə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...