""Exit-poll” keçirmək istəyən təşkilatlar MSK-ya müraciət etməlidir" - AÇIQLAMA

"Exit-poll" keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edirlər". SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavininin sözlərinə görə, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: "Hazırda MSK bu məsələ ilə bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə