Rauf Əliyevin seçicilərlə görüşləri davam edir

22 yanvar 2020-ci il tarixdə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədliyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürülmüş Əliyev Rauf Asif oğlu Mərdəkan və Şağan qəsəbəsinin ağsaqqal və ziyalı seçiciləri ilə görüşmüşdür.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev, Mərdəkan və Şağan qəsəbəsinin ağsaqqal və ziyalı seçiciləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov YAP-nın seçkiqabağı kampaniyanı “Daha güclü Azərbaycan naminə” şüarı ilə apardığını bildirərək , deputatlığa namizəd Rauf Əliyevin hesabat dövründə 13 saylı Xəzər –Pirallahı seçki dairəsinə aid olan qəsəbələrdə, o cümlədən Mərdəkan və Şağan qəsəbələrində onun təşəbbüsü və müraciətləri əsasında görülmüş işlər barədə məlumat verdi və 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində Rauf Əliyevə səs verməyə çağırdı.

Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək hesabat dövrü ərzində fəaliyyəti barədə, əsasən Mərdəkan və Şağan qəsəbələrində onun təşəbbüsü və bilavasitə müraciətləri əsasında müvafiq Dövlət Proqramlarına və İnvestisiya layihələrinə daxil edilərək həyata keçirilmiş tədbirlər barədə və qarşıda duran həlli vacib olan məsələlər barədə görüş iştirakçılarına məlumat verdi.

Tədbirdə çıxış edən qəsəbə sakinləri Altay Mansurov , Nərminə Məmmədova, Müşviq Əliyev, Gülnarə Əzimova hesabat dövründə Rauf Əliyevin deputat kimi fəaliyyətini yüksək qiymətləndirərək 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkisində ona səs verməya çağırdılar. Çıxış edənlər eyni zamanda deputatlığa namizəd Rauf Əliyevdən Mərdəkan və Şağan qəsəbələrində mövcud olan bəzi problemlərin həllində köməklik göstərməyi xahiş etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə