Mahir Abbaszadə Qaradağ rayonunda yaşayan laçınlı seçicilərlə görüşüb

YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən millət vəkilliyinə namizədi Abbaszadə Mahir Tapdıq oğlu Qaradağ rayonu Ümüd qəsəbəsində yaşayan laçınlı seçiciləri ilə görüş keçirib.

YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən millət vəkilliyinə namizədi Abbaszadə Mahir Tapdıq oğlu Qaradağ rayonu Ümüd qəsəbəsində yaşayan laçınlı seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən İlqar İlyasov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib. Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Mahir Abbaszadə bildirib ki, “Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarın daha da möhkəmlənməsinə yol açıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır. Görüşdə namizədin seçkiqabağı platforması və ölkədə aparılan islahatlar müzakirə edilib. M. Abbaszadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci Vitse-Prezident Mehriban Əliyevanın məcburi köçkünlərin probbemlərinin həllinə xüsusi həssaslqla yanaşdığını vurğulayıb.

O, qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin yeritdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. Mahir Abbaszadə təmsil etdiyi Yeni Azərbaycan Partiyasınında öz fəaliyyətini Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların mahiyətinə uyğun qurduğunu deyib. Özünün V çağırış Milli Məclisdəki fəaliyyəti barədə hesabat verən həkim partiyanın namizədi, ötən dövr ərzində Laçın rayonunu Azərbaycan səviyyəsində, Azərbaycanı isə beynəlxalq arenada layiqincə təmsil etməyə çalışdığını qeyd edib. O, ötən dövrdə seçicilərinin müraciətlərini daim aidiyyəti qurumlar qarşısında qaldırdığını və onların müsbət həllinə çalışdığını bildirib. Tədbirdə çıxış edən rayon ziyalılar Murad Hüseynov, Əlövsət Məmmədov, İlham Qəhrəman, Venera Mirzəyeve, Abbasova Tünzalə, qarabağ döyüşçüsü Azər Ağayev və başqaları fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.

Daha sonra Mahir Abbaszadə Laçın rayonundan məcburi köçkün, 82 yaşlı tənha qadın Həsənova Zöhrə Cəlal qızının evində olub, onunla söhbət edib. Səmimi keçən görüş zamanı Zöhrə Həsənova M.Abbaszadəyə seçkidə qalibiyyət arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə