Masallıda ilk dəfə səs verəcək gənclərilə görüş keçirildi - FOTOLAR

22 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasında Milli Məclisinə növbədənkənar keçirilən seçkilərlə əlaqədar olaraq və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası məqsədi ilə rayon ərazisində yaşayan ilk dəfə seçkilərdə iştirak edəcək gənc seçicilər arasında maarifləndirmə işinin icrasını təmin etmək məqsədi ilə ilk dəfə seçkilərdə iştirak edəcək gənc seçicilərlə görüş keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış etmiş və tədbir iştirakçılarına tədbirin məqsədi barədə geniş məlumat vermişdir. C.Manafov bildirmişdir ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.

Tədbirdə Masallı rayon 70 saylı Seçki Dairəsinin katibi Sərxoş Nuriyev ,71 saylı kənd seçki Dairəsinin üzvü Arif Mehtiyev çıxış edərək əvvəlcə Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında qısa məlumatlar vermişdilər.
Tədbirdə Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək gənclərimizi qarşıdan gələn seçkilərdə fəal olmağa və öz hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyi tövsiyə etdi.
Tədbirdə gənclərdən Samir Məmmədzadə, Anar Şiriyev , Tural Mikayılov və digər gənclər çıxıç edərək bu gün müstəqil Azərbaycanda gənclərinin cəmiyyətdəki yeri və rolundan, Cənab Prezidentin gənclərimizə olan diqqət və qayğısından danışdılar, həmçinin qarşıdan gələn seçkilərdə də gənclərin yaxından və fəal iştirak edəcəklərini, digər gənclərin də bu prossesə könüllü qismində cəlb olunması yönündə əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər .
Sonda ilk dəfə səs verəcək gənclərin seçki ilə bağlı maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...