MSK sədri: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur” -AÇIQLAMA

"Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur". SİA-nın məlumatına görə, bunu bu gün Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzair Pənahov bildirib. MSK sədri deyib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir: "Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Dünyanı indi sosial şəbəkələr idarə edir. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir". M. Pənahov bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: "Bu o deməkdir ki, siz bütün dünyanın gözü qarşısındadır. Bu dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirəyə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə