MSK-ya ünvanlanan şikayətlərin sayı kəskin azalıb

Bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb. SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki,düşünürəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan bir nəticə əldə olunub. Yəni, bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə