Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə növbəti görüşü keçirilib

30 saylı Suraxanı I Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan seçiciləri ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşü keçirilib. Qeyd edək ki, namizədlə görüşdə 135 nəfər Hövsan qəsəbəsi Rüfət Abdullayev 5A, 5B, 1, 3 məhəllənin sakinləri olan seçicilər iştirak edib.

Giriş nitqi ilə çıxış edən təbliğat qrupunun üzvü Rəşid Məmmədov ölkəmizdə son illərdə aparılan islahatlardan bəhs edib.

Daha sonra çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva növbəti dəfə ona göstəriləcək etimadı yenidən doğruldacağına və qarşıda duran məsələlərlə bağlı Hövsan sakinlərinin səsinə səs olacağını bildirib.

Görüşdə iştirak edən qəsəbə sakinlərindən Nəriman Quliyev, Həmidov, qəsəbə ağbircəyi Şövkət Xanməmmədova, Zərifə Lətifova parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək, namizədə uğurlar diləyiblər.

Görüş zamanı Sevinc Fətəliyeva sakinlər tərəfindən səsləndirilmiş müraciətlərə münasibət bildirərək, onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə qurumlar qarşısında məsələ qaldıracağını qeyd edib.

Qeyd edib ki, 30 saylı Suraxanı I Seçki Dairəsi üzrə seçici sayı 36947 nəfərdir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə