Sadiq Qurbanov ağsaqqallardan xeyir-dua aldı

Milli Məclisə 9 fevral 2020-ci il tarixində keçiriləcək növbəti seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası Azərbaycanın bütün bölgələrində uğurla davam edir. Bununla əlaqədar, Yeni Azərbaycan Partiyasının seçki siyahısı ilə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyi irəli sürülən Sadiq Haqverdi oğlu Qurbanov təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı YAP-ın namizədi Sadiq Qurbanovun təşviqatı ilə əlaqədar yanvarın 22-də, ilk öncə, 20 Yanvar şəhidlərini ziyarət edib, sonra aprel döyüşlərində şəhid olmuş Babək Vəfadar oğlu Abidovun ev-muzeyində olub, ailəsi ilə görüşüb. Sadiq Qurbanov bildirib ki, Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan Babək Abidov torpaq və Vətən uğurunda canını qurban verən şəhidlərimizin həmişə dövlət qayğısı ilə əhatə olunduğunu bildirib: "Bu gün bütün şəhid, Qarabağ əlillərinin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə ediliblər. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq, əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilir, Prezidentin aylıq təqaüdləri və müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği, mütəmadi olaraq artırılıb. Həmçinin, sizlər həmişə bizim əzizlərimizsiniz və sizlərə qayğı göstərmək hər birimizin borcudr".

Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən DSK-da namizədliyi irəli sürülmüş Sadiq Qurbanov Şabran ağsaqqallar ilə görüş keçirərək, onların xeyir-duasını aldı. Ağsaqqallar deputatlığa namizəd Sadiq Qurbanova öz arzu və istəklərini çatdıraraq, onu millət vəkili kimi görmək istədiklərini bildiriblər.

YAP Şabran rayon təşkilatının qərargahında keçirilən görüşdə çıxış edən rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin qanunverici orqanı olan parlament seçkiləri haqqında danışıb.

M.Balabəyov Milli Məclis üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi Sadiq Qurbanovun seçki platforması barədə dolğun, ətraflı məlumat verib və seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər parlament seçkilərində də bir yumruq kimi birləşəcəklərini söyləyərək, Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildiriblər. Seçicilərlə görüşdə çıxış edən 54 saylı Şabran-Siyəzən DSK-da namizədliyi irəli sürülmüş Sadiq Qurbanov ölkədə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində, Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun və aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayan deputatlığa namizəd, bunun ölkəmizin hərtərəfli tərəqqisinə yol açdığını deyib. Sadiq Qurbanov seçkidə namizədi olduğu partiyanın "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!" şüarı ilə getdiyini bildirib və Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük və inamlı qələbə qazanacağına əmin olduğunu vurğulayıb.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə