Elnur Allahverdiyev seçiciləri öz platforması ilə tanış etdi -VİDEO- FOTOLAR

Bu gün 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yasamal rayonu seçiciləri növbəti ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq, Azərbaycanın dinamik inkişafına, həyata keçirilən layihə və islahatlara nəzər salaraq, ölkəmizdə insanların rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin dəyişdirilməsi, bütövlükdə və həyat tərzinin yeniləşdirilməsi istiqamətində görülən işləri diqqəti çəkib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial həyatımızın inkişafı ilə yanaşı, Azərbaycanın siması dəyişdirilmiş, bütövlükdə, ölkəmizin müasirləşməsi və modernləşməsini ehtiva olunur".

Azərbaycanda son illərdə keçirilən seçkilərin demokratik prinsiplər əsasında həyata keçirildiyini bildirən rayon təşkilat sədri qeyd edib ki, dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq, seçicilərin bu proseslərdə fəal iştirak edərək layiqli namizədlərinə səs verirlər. Azərbaycanda keçirilən seçkilərin şəffaflığı müstəqil dövlətimizin inkişafına təsirini göstərir. Artıq keçirilən seçkilər zamanı əldə olunan nailiyyətlər və təcrübə bizə bu fikirləri söyləməyə əsas verir.

O, 9 fevral tarixində keçiriləcək parlament seçkilərində seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.

Görüşdə Elnur Allahverdiyev çıxış edərək, öz platforması ətrafında seçicilərə geniş məlumat verib. Qeyd edib ki, ona göstərilən bu etimad, onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağına əminliyini bildirib.

Görüşdə çıxış edən seçicilər - Arzu Haqverdiyeva, Sevda Quliyeva, ramiz Quliyev və başqaları namizədə uğurlar arzulayaraq, seçiciləri YAP-ın layiqli namizədinə səs verməyə çağırıblar.

Görüşün sonunda seçicilər maraqlandırılan suallar cavablandırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə