"Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq" Tieri Mariani

“Qanunverici orqana seçkilər hər zaman cəmiyyət üçün önəmli olub. Azərbaycanda keçiriləcək parlament seçkiləri də bu baxımdan vacib əhəmiyyətə malikdir”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında Avropa Parlamentinin üzvü, fransalı parlamentari Tieri Mariani bildirib.

“Hesab edirəm ki, yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. İnanıram ki, formalaşacaq yeni parlament ölkə üçün mühüm qərarlar qəbul edəcək”, - deyə Tieri Mariani vurğulayıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı gələcəyinin olduğunu söyləyən fransalı parlamentari bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə