35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığı qeydə alınmış namizəd, ehtiyyatda olan zabit Vəkil Bağman oğlu Piriyev "YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN!" və "HƏR ŞEY VƏTƏN ÜÇÜN" şüarları ilə seçki təşviqatına başlayıb

Növbəti taleyüklü tədbir ərəfəsində olan ölkəmizdə 9 fevral 2020-ci il parlament seçkilərdində deputatlığa namizədliyi qeyd alınan şəxslərin seçicilərlə görüşləri keçirilir. Namizdlər seçicilərə özləri haqqında və deputat seçiləcəyi təqdirdə görəcəkləri işlərdən geniş və əhatəli məlumatlar verirlər. Cəmiyyətdə hökm sürən yüksək seçki ab-havası fonunda layiqli, həm də ictimai maraq dairəsində olan namizədlər var. Belə layiqli namizədlərdən biri də, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığı qeydə alınmış namizəd, ehtiyatda olan zabit Vəkil Bağman oğlu Piriyevdir. Seçkilərə "YAŞASIN MÜSTƏQIL AZƏRBAYCAN!" və "HƏR ŞEY VƏTƏN ÜÇÜN" şüarı ilə qatılan Vəkil Piriyevin maraqlı, həm də qürürverici tərcümeyi-halı var.

Piriyev Vəkil Bağman oğlu 15.05.1977-ci il tarixində Qərbi Azərbaycanın Qafan rayonunun Gığı kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Qafan rayonunun Gığı kəndində 1-ci sinifə getmiş və1988-ci ildən 1992-ci ilədək Bakı şəhəri Nəsimi rayonu 19 saylı tam orta məktəbində və Bakı şəhəri Binəqədi rayonu 3 saylı tam orta məktəbində təhsil alıb. 1992-1995-ci illərdə əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 1995-ci ildə dövlət tərəfindən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Hərbi Məktəbinə ali təhsil almağa göndərilib. (Ankara Kara Harp Okulu).1999-cu ildə həmin məktəbi bitirib və ona hərbi rütbə verilib. 1999-cu ildə Şimali Kipr Türk Dövlətində yerləşən "N" saylı hərbi hissədə müvafiq vəzifədə təcrübəçi zabit olaraq xidmət edib.1999-2000-ci illərdə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən Tuzla Piyadaçı Məktəbində (Tuzla Piyade Okulu) ixtisas artırma kursunu bitirib. 2000-2009-cu illərdə Azərbaycan Respubliksı Silahlı Qüvvəllərində Gəncə şəhərində yerləşən "N" saylı hərbi hisdədə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müvafiq vəzifələrdə xidmət edib.

2009-cu ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Hazırda ehtiyatda olan zabitdir. 2009-cu ildən bu günə qədər təsisçisi olduğu Veruel MMC-nin (hüquqi yardım göstərən firma) direktorudur.2009-cu il tarixindən 2018-ci il tarixinədək (nümayəndəlik institunun ləğvinədək) məhkəmələrdə nümayəndə qismində fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə