Sevinc Fətəliyeva şəhid ailələri ilə görüş keçirib

30 saylı Suraxanı I Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva 20 Yanvar hadisələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi sakinlərindən şəhidlik zirvəsinə ucalmış Cəbrayıl Xanməmmədov və İbiş Məmmədovun qəbirlərini ziyarət edərək, azadlığımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini yad edib. Eyni zamanda, şəhid İbiş Məmmədovun yaşadığı ünvanda onun ailə üzvləri ilə görüşü baş tutub.

Daha sonra sakinlərin müraciəti əsasında Hövsan qəsəbəsi, Zeytunluq adlanan ərazidə yaşayan bir qrup sakinlə görüş keçirildi. Sakinləri narahat edən məsələlər yerindəcə dinlənərək, müvafiq qeydlər aparılıb. Sakin Bəhram Səfərov onları narahat edən problemlərin həlli istiqamətində aidiyyati qurumlar qarşısında Sevinc Fətəliyevanın məsələ qaldıracağına inandığını bildirib. B.Səfərov Sevinc xanımın fəaliyyətindən razı olduqlarını və növbəti dəfə ona səs verəcəklərini qeyd edib. Sakinlərə təşəkkür edən Sevinc Fətəliyeva, onları 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa səsləyib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə