"Daha güclü Azərbaycan naminə!" - FOTOLAR

YAP-ın 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədovun rayon seçicilərilə görüşü keçirilib

Yanvarın 18-də 9 fevralda Milli Məclisə seçkilərlə bağlı YAP-ın 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədov rayon seçicilərilə görüşü keçirilib. Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev fevralın 9-da səsvermə günü seçiciləri düzgün seçim etməyə səsləyib: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".

S.Əliyev 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz olğu Məmmədovun həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib və YAP-ın Milli Məclisə irəli sürdüyü namizədin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əminliyini bildirib.

S.Əliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!" şüarı ilə gedir: "Çünki Azərbaycanın iqtisadi yüksəlişi bu gün göz qabağındadır. Məhz YAP-ın Seçki Proqramında da bu öz əksini tapıb".

Görüşdə çıxış edən seçicilər də YAP tərəfindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Məşhur Məmmədovun rayonda bir çox işlər gördüyünü, partiyaya sədaqətli olduğunu vurğulayıblar və seçki günü hamılıqla seçiciləri YAP-ın 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədova səs verməyə çağırıblar.

Sonra çıxış edən YAP-ın 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədov platforması barədə danışıb. O, şəhər sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.

Görüşdə iştirak edən Masallı rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar Milli Məclisə seçkidə mövcud dövlət siyasətini dəstəkləməklə YAP-a inamını ifadə edəcək və YAP-ın 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklərini bildiriblər.

Daha sonra seçicilər onları maraqlandıran məsələlərlə bağlı deputatlığa namizəd Məşhur Məmmədova müraciətlər edib, suallar veriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə