Malik Həsənovun seçiciləri ilə növbəti görüşü olub

Yeni Azərbaycan Partiyasının (YAP) 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası "Daha güclü Azərbaycan naminə!" şüarı ilə davam etdirilir. YAP tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənov seçicilərlə növbəti görüşü yanvarın 21-də rayonun Şatırlı, Ləkin, Köyüzbulaq və Gəngah kənd seçiciləri ilə görüşü olub.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq qeyd edib ki, Malik Həsənovun fəaliyyəti barədə məlumat verərək bildirib i, Azərbaycanın inkişaf və tərəqqisində bir millət vəkili kimi oynadığı rol da ilk növbədə Vətəninə, dövlətinə, xalqına sadiqliyi ilə bağlıdır: "İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək YAP-ın namizədlərini dəstəkləyəcək".

Deputatlığa namizədin vəkili Cahangir Muradov Malik Əvəz oğlu Həsənovun rayonda seçicilərinin problemləri ilə daima maraqlandığını və həllinə çalışdığını deyib.

YAP-ın namizədi Malik Həsənov seçicilər qarşısında çıxış edərək Cənab Prezident İlham Əliyevin Prezidentliyi dövründə respublikamızda eləcədə respublikamızdan kənarda apardığı sosial-iqtisadi işlərdən geniş danışıb. Bildirib ki, millət vəkili ilk öncə, millətinin vəkili olmalı, dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan çalışmalıdır: "Məhz bu amili hər zaman diqqətində saxlayan millət vəkili seçicilərinin qarşısına inamla, fərəhlə çıxır. Və hər bir sakinin sosial-məişət və s. problemlərini dinləməli, onları həll etmək bizim ümdə borcumuzdur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Həmçinin, hamınızı 9 fevralda keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram".

Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə