Deputatlığa namizəd Kamal Cəfərov könüllülərlə görüş keçirib - FOTOLAR

Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 63 saylı Sabirabad I seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Kamal Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabad gənclərindən ibarət 25 nəfərlik könüllülərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Sonra könüllülərlə birlikdə Yastıqobu və Bulaqlı kəndlərində sakinlərlə görüş keçirilib. Seçicilərə deputatlığa namizəd Kamal Cəfərovun təhsili, iş təcrübəsi və platforması barədə məlumat verilib. Kənd sakinləri ilə namizəd arasında səmimi dialoq olub. Eyni zamanda onları narahat edən məsələlər dinlənilib.

Kənd camaatı və könüllülərlə birlikdə tədbirdən dərhal sonra Vüqar Quliyev adına Bulaqlı kənd tam orta məktəbi də ziyarət edilib. Məktəbin isitmə probleminin olduğu barədə K.Cəfərova məlumat verilib. O isə Yastıqobu və Bulaqlı kəndlərinin sakinlərinə söz verib ki, ona etimad görsətsələr, həmin məsələləri aidiyyatı qurumlar qarşısında qaldıracaq və həllinə nail olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə