Gülər Əhmədovanın deputatlığa namizədliyini qeydə alınmayıb - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb. SİA-nın verdiyi xəbərə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O deyib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: "G.Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib".

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan təxmini 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayının az olduğu üçün Gülər Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...