Cəlilabadlılar Malik Həsənova səs verəcəklər - FOTOLAR

YAP tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənov seçicilərldə ilk görüşü yanvarın 18-də rayonun Maşlıq kəndində şəhid ailələri, Tahirli kəndində əlil ailələri və həmçinin imkansız ailələrlə görüşü olub.

YAP Cəlillabad rayon təşkilatınnı sədri Mirsüleyman Mirxaslı çıxış edərək ölkəmizdə baş verən inkişaf, həyata keçirilən siyasətin müxtəlif sahələr üzrə uğurları, YAP-ın regionun və Azərbaycanın ən böyük siyasi təşkilatı olaraq bu inkişaf prosesinə töhfələri, qarşıdan gələn parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda əhəmiyyəti barədə danışıb, seçicilərə YAP-ın 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənovun fəaliyyəti haqqında məlumat verib və cəlilabadlıların birmənalı olaraq Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləyib.

Tədbirdə çıxış edən namizədin vəkili Cahangir Muradov rayonda yeni yolların çəkilişi, tikinti, quruculuq, abadalıq işlərin görülməsində Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun da xidmətləri olduğunu bildirib və bütün seçiciləri qarşıdan gələn parlament seçkilərində Malik Həsənova səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsi üzrə namizədi Malik Həsənov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu inqilabi islahatların aparılması ölkəmizin ildən-ilə qüdrətinin artmasına, regionların sosial-iqtisadi inkişafının daha yüksək səviyyədə olmasına imkan yaranması ilə bağlı məlumat verib, həmçinin YAP-ın Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində əvəzsiz töhfələrini vurğulayıb. Millət vəkilliyinə namizəd Malik Həsənov, həmçinin seçicilərin etimadını qazanaraq növbəti dəfə Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlər, diqqət ayıracağı əsas məsələlərlə bağlı da seçicilərə ətraflı məlumat verib. Eyni zamanda, cəlilabadlıları fevralın 9-da keçiriləcək seçkilərdə daha aktiv olmağa və ona səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər YAP-ın namizədi Malik Əvəz oğlu Həsənovun ötən deputatığı dövrünü yüksək qiymətləndirərək, 9 fevralda keçiriləcək seçkilərdə mütləq şəkildə ona səs verəcəklərini bildiriblər.

Görüşün sonunda seçicilər öz istək və arzularını, təkliflərini səsləndiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə