YAP-ın namizədlərinin təbliğat kampaniyası davam edir - FOTOLAR

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlikləri irəli sürülmüş partiya təmsilçilərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşlərdə çoxsaylı seçici müxtəlif suallarla namizədlərə müraciət ediblər.

Oğuz-Qəbələ

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Ağiyə Həbib qızı Naxçıvanlı Oğuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində şəhidlik zirvəsinə uçalmış oğuzluların məzarları önünə gül-çiçək dəstələri qoyub.

Rayonun ağsaqqalları, deputatlığa namizədin vəkilləri, seçki qərargahının üzvləri, gənclər, YAP Oğuz Rayon Təşkilatının fəalları mərasimdə iştirak edib.

Daha sonra mərasim iştirakçıları tərəfindən 20 Yanvar faciəsinə ilk olaraq siyasi qiymət vermiş, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb. Deputatlığa namizəd Aqiyə Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.

Qaradağ

YAP tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun seçicilərlə növbəti görüşü Qızıldaş qəsəbəsində keçirilib. Onlarla qəsəbə sakinlərin qonağı olan namizəd partiyanın seçki platforması barədə məlumat verib. Qeyd edib ki, YAP yarandığı vaxtdan bu günə qədər müstəqilliyimizin qorunması, xalqımızın sosial rifah halının durmadan yaxşılaşdırılması, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafı və dünya birliyində rolunun genişlənməsi istiqamətində son dərəcə böyük işlər görüb və bu siyasətini uğurla davam etdirilir. Məhz bu səbəbdən də Azərbaycan inkişaf etməkdə olan ölkələrdən biri kimi yetərincə tanınır. Sevindirici haldır ki, beynəlxalq təşkilatların açıqlamaları da bunu bir daha təsdiqləyir.

Qeyd olunub ki, hər bir vətənpərvər insan bu inkişafı tam reallığı ilə görürür və daim yüksək qiymətləndirir.

Qəsəbə sakini, şəhid ailəsi Nərgiz Nəzərova dövlət qayğısından məmnunluğunu bildirərək həyat yoldaşının vətən, xalq, dövlət, torpaq yolunda şəhid olmasından qürur duyduğunu vurğulayıb. Qeyd edib ki, hər bir vətəndaşa, o cümlədən imtiyazlı şəxslərə son dərəcə yüksək qayğı və diqqətin göstərilməsi Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz zəhmətinin bəhrəsidir. Bu səbəbdən də hər birimiz dövlət başçısının ətrafında sıx birləşməli və dövlət siyasətinə konkret işimizlə cavab verməliyik.

Qazax

Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Seyidov Səməd İsmayıl oğlunun təbliğat kampaniyası çərçivəsində növbəti görüşü 19 yanvar 2020-ci il tarixdə Qazax rayonunun bir sıra yaşayış məntəqələrində keçirilmişdir. Səməd Seyidov rayonun Daş Salahlı kəndində 450 nəfər, Qazaxbəyli kəndində 150 nəfər, seçicinin iştirakı ilə görüşlər keçirilmişdir.

Yüksək səviyyədə keçirilən görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvlərindən Həmid Pənahov, Məmməd Yusifov, Barat Alıyev, Firdovsi Umudov, Akif Əmirov, Anar Nəbiyev, Kənan Hüseynli, Elşad Quliyev, Kamandar İbrahimov iştirak etmişlər. Görüşlərdə seçicilərdən Daş Salahlı kənd sakinlərindən Hicranə Məmmədova, Söylü Xəlilova, Aybəniz Kərimova, Akif Yusifov, Mamed Omarov, Qazaxbəyli kənd sakinlərindən Elşən Qocayev, Gözəl Allahverdiyeva, Hüsniyyə Səfərova və başqaları çıxış edərək fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini və yekdilliklə YAP-ın namizədi Səməd Seyidova səs verəcəklərini bildirmiş və hamını seçkilərdə yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədinə səs verməyə çağırmışlar.

Sabunçu rayonu

18 yanvar 2020 –ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının qərargahında VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əliabbas Salahzadənin DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ devizi altında seçicilərlə ilk görüşü keçirilib.


Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Əliabbas Salahzadənin fəaliyyətini yüksək qiymətləndirərək, seçiciləri 09 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərinə gəlməyi və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Tədbirdə deputatlığa namizəd Əliabbas Salahzadə ona göstərilən etimada görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə, Birinci Vitse Prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevaya və YAP Sabunçu rayon təşkilatının İdarə heyəyinə təşəkkürünü bildirərək, növbəti illər üçün Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağını bildirib.

Nizami rayonu

09 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının təbliğat-təşviqat kampaniyası çərçivəsində “qapı-qapı” görüşlərinə start verilib.

25 saylı Nizami II seçki dairəsi üzrə YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızı ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başlayıb.

Rüstəmov, Çobanzadə, Naxçıvanski, B.Nuriyev və M.X.Şərifli küçələrindəki binaların sakinlərilə keçirilən görüşlərdə deputatlığa namizəd Sədaqət Vəliyevanın ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və onun növbəti 5 illik üçün proqram və platforması barədə seçicilərə məlumat çatdırılıb.

Seçicilər öz növbələrində yekdil olaraq bildirirlər ki, YAP-ın Nizami rayonundan namizədliyi irəli sürülmüş Vəliyeva Sədaqət Süleyman qızı hər zaman insanlara xüsusi diqqət göstərib.

Seçicilər eyni zamanda, ümumi problemlərlə bağlı fikirlərini bildirib və onların aradan qaldırılmasına köməklik edilməsi üçün müraciət ediblər.

Deputatlığa namizəd YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva da seçicilərə öz təşəkkürünü bildirərək qeyd edib ki, ötən 5 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. Həmçinin, sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini qeyd edən Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər bir daha deputat Vəliyeva Sədaqət Süleyman qızının ötən illərdəki fəaliyyətindən razılıqlarını bildirib və qəti şəkildə deyiblər ki, Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən partiyanın namizədi Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə