Azərbaycanda seçkiqabağı mühit normaldır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Milli Məclisə keçiriləcək seçkilər öncəsi ölkəmizdə mövcud olan seçki mühitini dəyərləndirib. SİA xəbər verir ki, ekspert secki-2020.az saytına açıqlamasında aparılan monitorinqlərin ölkədəki ictimai-siyasi vəziyyətin sabit olduğunu göstərdiyini bildirib.

Deputatlığa namizədlərin sayının çox olduğunu bildirən M.Zülfüqarlı qeyd edib ki, bu fakt seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə